Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2023 12:10
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun 2023-cü il ərzində fəaliyyətinə dair hesabatı dinlənilib

Əlyazmalar İnstitutunun 2023-cü il ərzində fəaliyyətinə dair hesabatı dinlənilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İclasın gündəliyində duran əsas məsələ Əlyazmalar İnstitutunun 2023-cü il ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın dinlənilməsi və təsdiqi olub.

İclası giriş nitqi ilə institutun baş direktoru, akademik Teymur Kərimli açıb, gündəliyi elan etdikdən sonra hesabatı təqdim etmək üçün sözü elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfova verib. Hesabat məruzəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında, o cümlədən digər Fərman və sərəncamlarından irəli gələrək institutda icra olunan işlər, Azərbaycan Respublikası Nazirlər Kabineti, AMEA Rəyasət Heyəti və Humanitar Elmlər Bölməsinin müvafiq qərarlarının icrası ilə bağlı institutda görülən işlər, şöbələrdə yerinə yetirilən tədqiqat işləri, çap olunan kitablar, əməkdaşların elmi ezamiyyətləri, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq və beynəlxalq elmi-mədəni əlaqələr, elmin təhsilə inteqrasiyası, elektron elmin vəziyyəti, kadr hazırlığı, aparılan elmi-tədqiqat işlərinin geniş ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verib.

Daha sonra akademik Teymur Kərimli hesabata dair fikirlərini bildirib, institutun 2023-cü il ərzində fəaliyyətini yüksək qiymətləndirib və təkliflərini səsləndirib.

Bütövlükdə hesabat Elmi şura üzvləri tərəfindən yüksək qiymətləndirilib və yekdilliklə qəbul olunub.

Qeyd edək ki, Elmi şuranın iclasında Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Möhsün Nağısoylu da Humanitar Elmlər Bölməsinin nümayəndəsi kimi iştirak edib. O, dinlənilən hesabat haqqında çıxış edərək, institutun elmi tədqiqat şöbələrində icra olunan işlərin əhəmiyyətindən, əldə olunan mühüm nailiyyətlərdən, müəssisənin Fondların elmi uçotu və mühafizəsi, Kitabxana, Biblioqrafiya, Elektron resurslar şöbələrinin, Əlyazmaların gigiyena və bərpası laboratoriyasının əlyazmaların elektronlaşdırılması və bərpası sahəsində, Çap kitablarının tədqiqi, Əlyazmaların və əski çap kitablarının tərcüməsi, Beynəlxalq əlaqələr, Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbələrinin əlyazmalar institutunun materiallarının və nəşrlərinin həm ölkədə, həm də dünyada təbliği istiqamətində gördüyü mühüm işlərdən danışıb, institutun nəşrlərini və təqdim olunan hesabatı yüksək qiymətləndirib.

Verilən məlumata əsasən, cari ilin yanvar-noyabr ayları ərzində XVII-XX əsrlərə aid 53 yeni əlyazma abidəsi Əlyazmalar İnstitutunun fonduna daxil edilib, müəssisənin saxlanclarında mühafizə olunan 2302 nüsxənin elektron versiyası yaradılıb, 65 əlyazma kitabı və 8000 vərəq arxiv materialı bərpa edilərək xəzinəyə qaytarılıb, 25 yeni kitab, o cümlədən monoqrafiyalar nəşr etdirilib, ölkədə və xaricdə 100-dən çox elmi məqalə, 90-dan artıq konfrans materialı işıq üzü görüb, 2 elmlər doktoru, 5 fəlsəfə doktoru dissertasiya işi müdafiə ediblər, aparıcı beynəlxalq əlyazma mərkəzləri, muzey və kitabxanalarla münasibət qurulub, bir neçəsi ilə əməkdaşlıq müqavilələri imzalanıb, institut əməkdaşları ölkədə və xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: