Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.12.2023 15:30
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Türkiyədə ezamiyyətdə olublar

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Türkiyədə ezamiyyətdə olublar

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Aygün İsazadə və Nərgiz Rəhimli Türkiyədə İstanbul Universiteti, Əczaçılıq Fakültəsinin Analitik kimya bölməsinin əməkdaşı Prof. Dr. Zeynep Aydoğmuş ilə görüşüblər.

Görüşdə Universitetin Analitik kimya laboratoriyasında mövcud avadanlıqlarla tanışlıq, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri tərəfindən alınmış təcrübi nəticələrin Termoqravimetrik (TGA) və İnduktiv Birləşdirilmiş Plazma Kütlə Spektrometriyası (ICP-MS) analizi və laboratoriyanın əməkdaşları ilə görülən tədqiqat işləri haqqında diskussiyalar aparılıb.

Ezamiyyət dövründə faydalı görüşlər zamanı elmi əlaqələrin və əməkdaşlıqların gələcəkdə də davam etdirilməsi haqqında razılıqlar əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: