AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Yaşıl dünya və ədəbiyyatın məsuliyyəti” mövzusunda seminar keçirilib.
Tədbirdə Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova “Ekokritisizm və Azərbaycan nəsri” mövzusunda məruzə ilə çıxış edib. Ekokritisizm haqqında məlumat verən məruzəçi ədəbi əsərlərdə təbiətin təmsil edilməsi, ekoloji həssaslığa uyğunluğu, süjetlərdə ətraf-mühitin rolunun müəyyənləşdirilməsi kimi məsələlərə aydınlıq gətirib. Reyhan Mənəfova bildirib ki, ədəbi mətnlərdə istifadə edilən təbiət təsvirləri mütləq şəkildə ekoloji düşüncənin formalaşmasına xidmət etməlidir.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb.
Şəki REM-in elmi işlər üzrə direktor müavini b.ü.f.d. Fərhad Əzizov, prof. Firədun İbrahimov, Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri t.ü.f.d. Rahim Həsənov, həmin şöbənin əməkdaşları - f.ü.f.d. Ələddin Sultanov, k.e.i. Aygül Xəlilova, Habil Xəlilov, Ekoloji coğrafiya şöbəsinin rəhbəri coğ.ü.f.d. Qafqaz Ağabalayev, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva məruzə haqqında fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.