Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2023 09:36
  • A-
  • A
  • A+

AMEA Qadınlar Şurasının sədri professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfransda məruzə ilə çıxış edib

AMEA Qadınlar Şurasının sədri professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfransda məruzə ilə çıxış edib

Əməkdar elm xadimi, professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Milli Məclis üzvlərinin, Tibb Universitetinin müəllim və tələbələrinin, dövlət və özəl müəssisə nümayəndələrinin və alimin ailə üzvlərinin iştirak etdiyi tədbirdə Zərifə Quliyevaya həsr olunmuş sənədli film nümayiş etdirilib. Sonra məruzə və onunla bağlı xatirələr dinlənilib.

Qeyd edək ki, professor Zəhra Quliyeva 150-dən artıq elmi məqalənin, 3 monoqrafiya, dərslik və dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir.

Konfransda AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: