Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.12.2023 10:34
  • A-
  • A
  • A+

Mehmet Akif Ərsoy vəqfinin başqanı Ruyan Soydan Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

Mehmet Akif Ərsoy vəqfinin başqanı Ruyan Soydan Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

Türkiyə Cümhuriyyətinin Mehmet Akif Ərsoy vəqfinin başqanı Mehmet Ruyan Soydan Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub. Mehmet Ruyan ədibin ev muzeyinə Hüseyn Cavidin 1913-cü ildə Tiflisdə təb olunmuş 1 pərdəli “Ana” dramının fotofaksimelisini, vəqfin döş nişanını, “Akif salnaməsi 4. Mehmet Akif və onun ətrafı haqqında araşdırma” adlı kitabı hədiyyə etdi.

Qeyd edək ki, böyük ədib Hüseyn Cavid 1906-1910-cu illərdə Türkiyədə İstanbul Darülfünunda ədəbiyyat müəllimi olan M.A.Ersoyun dərslərinə qatılıb, Sırat-ı Müstəqim jurnalında şeirləri çap olunub. Bu gün muzeyə hədiyyə edilmiş “Ana” dramının fotofaksimelisinin üzərində dramaturqun “Böyük ruhlu və dəyərli Süleyman Ferruh bəyə dəyərsiz və kiçik bir hədiyyə. “Cavid” avtoqrafı yer almaqdadır.

“Akif salnaməsi 4. Mehmet Akif və onun ətrafı haqqında araşdırma” adlı kitabın 258-ci səhifəsində “Azərbaycanın böyük şairi Hüseyin Caviddən bir yadigar” başlıqlı yazı, 259-cu səhifəsində isə “Ana” dramının fotosu öz əksini tapıb.

Mehmet Akif Ərsoy vəqfinin başqanı Mehmet Ruyan Soydan Hüseyn Cavidin Ev Muzeyinin eksponatları ilə tanış olub, xatirə dəftərinə ürək sözlərini yazıb və muzeyin direktoru f.e.d. G.Babaxanlıya öz təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: