Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya məsələləri” adlı məqalələr toplusu nəşr edilib
27.12.2023 15:46
  • A-
  • A
  • A+

“Türkologiya məsələləri” adlı məqalələr toplusu nəşr edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin hazırladığı “Türkologiya məsələləri” adlı məqalələr  toplusu çap olunub.

Elmi şuranın qərarı ilə nəşr olunan məcmuənin elmi redaktorları  Dilçilik İnstitutunun direktoru  professor Nadir Məmmədli, Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov, rəyçilər filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova, dosent Elnarə Əliyevadır.

Topluda “Türk dillərində mətnin linqvokultoroloji təhlili təcrübəsindən”, “Özbək dilinin fonemlər sistemi Azərbaycan dili ilə müqayisədə”, “Qırğız və Azərbaycan dillərinin fonetik ssitemi”, “Müasir türk dilində fonetik hadisələr”, “Azərbaycan və başqırd dillərində sait səslərin müqayisəli təhlili” və sair məqalələr öz əksini tapmışdır.

Kitabdan dilçilər, dil tarixi və türkologiya sahəsində tədqiqat aparan doktorant və dissertantlar istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: