Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İnklüziv sosial müdafiə” kitabı nəşr olunub
23.05.2024 13:56
  • A-
  • A
  • A+

“İnklüziv sosial müdafiə” kitabı nəşr olunub

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanın “İnklüziv sosial müdafiə” kitabı çapdan çıxıb.

İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən monoqrafiyanın elmi redaktoru professor Nazim Müzəffərli, rəyçiləri professor Rəşad Muradov və dosent Allahyar Muradovdur.

Monoqrafiyada inklüziv sosial müdafiə sisteminin nəzəri əsasları, sosial müdafiə sisteminin dövlət tənzimləməsi istiqamətləri verilmişdir. Azərbaycanın sosial müdafiə sisteminin mövcud vəziyyəti qiymətləndirilmiş, ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir.

Kitab elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: