AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2024-cü ildə ikinci sayı nəşr olunub.
Yeni sayda akademik İsa Həbibbəylinin “Azərbaycan Milli Elmlər Akademiyasının nizamnamələri”, Füzuli Qurbanovun “AMEA – Azərbaycanın elmi yaddaş və intellektual məkanı”, Ərtegin Salamzadənin “Loqotip müsabiqəsi: nəticələr və perspektivlər”, Firuzə Əliyevanın “COP29 çərçivəsində ekoloji bilik və ekoloji şüur”, Rizvan Qarabağlının “Tuğun memarlıq irsi”, Şəmsəddin Kuzəçinin “Əta Tərzibaşının məqalələrinin dəyərləndirilməsi”, Əzizağa Ələkbərlinin “Azərbaycan – özbək teatr əlaqələri”, Əzizağa Nəcəfzadənin “Füzulinin “Etməzmidim?” qəzəli haqqında” və İsmayıl Məmmədov və Pərviz Fətullayevin “Naxçıvanın biomüxtəlifliyi: bəbir, onun əsas yem bazası və rəqibləri” sərlövhəli məqalələri yer alıb.
Bundan əlavə, Kamran İsmayılovun “Ordubadın xilaskarı – Edip Sabri Tokalp”, Mayıl İsmayılovun “Mehdi Hüseynzadə haqqında həqiqətlər”, İsmayıl Umudlunun “Şəhriyar” xalq romanının ikinci əlyazması”, Aqil Əhmədovun “Sərhədləri aşan miqrasiya: siyasi aspektlər və dialoq”, Gülçin Kazıminin “Mədəni irsin kulturoloji aspektləri”, Səmirə Mir-Bağırzadənin “Şərq memarlığı və incəsənəti” sərlövhəli və s. məqalələri, həmçinin “Meridian” və “Sağlamlıq dünyası” bölməsində yer alan yazılarla tanış ola bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.