Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dönüş”lü illərim” kitabı çapdan çıxıb
25.07.2024 11:08
  • A-
  • A
  • A+

“Dönüş”lü illərim” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Dönüş”lü illərim” kitabı nəşr olunub.

Kitabda müəllifin köçkünlük illərinin ilk dövrlərində Saatlı rayonunun qəzeti olan “Dönüş”də çap olunmuş ədəbi-bədii və elmi-publisistik yazıları toplanıb. Həmçinin kitabın ikinci bölməsində müəllifin həmin dövrdə digər mətbu orqanlardakı məqalələrindən də bəzi nümunələr verilib. 

“Gənclik” nəşriyyatında işıq üzü görən 496 səhifəlik kitab “Dönüş” qəzetinin 70 illik yubileyinə müəllifin töhfəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: