AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında sonuncu sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Şuşada 2-ci Qlobal Media Forumu keçirilib” başlıqlı icmal təqdim edilib.
Bügünkü sayda, ilk səhifələrdə “Böyük Qayıdışın AMEA səhifəsi” rubrikası altında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ağdam şəhəri yaxınlığında Şahbulaq abidələr kompleksini ziyarəti, eləcə də Xocalı şəhərində arxeoloji ekspedisiyanın fəaliyyəti ilə tanışlığı barədə yazılar dərc edilib.
Qəzetdə AMEA rəhbərliyinin Şuşada Vaqif Poeziya Günlərində iştirakı və AMEA panelinin təşkili ilə bağlı informasiyalar yer alır.
Bundan əlavə, qəzetin bugünkü buraxılışında AMEA prezidentinin “Milli Məclisə növbədənkənar seçkilər genişmiqyaslı islahatların həyata keçirilməsinə xidmət edir” başlıqlı şərhi, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına üzv seçilməsi münasibətilə təşkilatın rəhbərliyi adından AMEA-ya təbrik məktubu, “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” beynəlxalq elmi konfransının seksiya iclasları və AMEA-nın vitse-prezidentinin iştirakı ilə Ekoloji məsələlər üzrə işçi qrupun fəaliyyətinə dair xəbərlərlə tanış ola bilərsiniz.
Həmçinin bu sayda “İrəvan şəhərinin tarixi və mədəniyyət abidələri müasir konteksdə”, “Böyük nəslin yadigarı və layiqli davamçısı” adlı məqalələr və digər tədbirlərlə bağlı xəbərlər təqdim edilib.
Qəzetin rus və ingilis dili bölməsində AMEA prezidenti akademik İsa Həbibbəylinin Qarabağa səfəri zamanı keçirdiyi görüşlərlə bağlı icmallar, o cümlədən ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair xəbərlər yer alır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.