Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
18.07.2024 16:23
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib” başlıqlı xəbər təqdim edilib.

Bügünkü sayda ilk səhifələrdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Astana Bəyannaməsi: Xəzərdən Çin səddinədək” adlı məqalə, “AMEA-nın yaranma tarixi 1920-1945-ci illər” kitabının təqdimatına dair və “Yeniləşən Akademiya süni intellektə geniş meydan açır” başlıqlı informasiyalar yer alıb.

Qəzetdə “AMEA-da ölkə başçısının Türk dünyası ilə bağlı qarşıya qoyduğu vəzifələrdən irəli gələrək mühüm addımlar atılır” başlıqlı Rəyasət Heyətinin iclasına, eləcə də Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illiyinə həsr olunan ədəbi-bədii gecəyə dair yazılar dərc edilib.

Bundan əlavə, qəzetin bugünkü buraxılışında 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “İlk dəfə olaraq Milli Mətbuat Günü ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş bütöv Azərbaycanda keçirilir” başlıqlı məqalə dərc olunub.

Həmçinin bu sayda yeni yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzində aparılan işlər və digər tədbirlərlə bağlı xəbərlərlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində Rəyasət Heyətinin iclaslarına dair icmallar, “Eksponatlar – relikt artefaktlar” adlı müsahibə, o cümlədən ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair xəbərlər təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: