Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
12.07.2024 12:30
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb” başlıqlı icmal təqdim edilib.

Bügünkü sayda ilk səhifələrdə AMEA-da “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” adlı lektoriya, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə müşavirə və “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimat tədbiri ilə bağlı yazılar yer alıb.

Qəzetdə “Yeni tarixi dövr və milli ideya: Daha güclü azərbaycan, Türk birliyi, rəqəmsal inkişaf və strateji tərəfdaşlıq uğrunda” başlıqlı Rəyasət Heyətinin iclasına, eləcə də “Ədəbi proses – 2023” mövzusunda elmi-yaradıcılıq müşavirəsinə dair xəbərlər dərc edilib.

Həmçinin bu sayda “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış”, “40 yaşlı “Elm”, “Elmi jurnalistikanı təkmilləşdirən amillər”, “Qəlblərdə xoş xatirəsi yaşayan alim” başlıqlı məqalələr və digər tədbirlərə dair informasiyalarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində məqalə, icmallar, o cümlədən ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair xəbərlər təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: