Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Həyat elmləri və biotibb” jurnalının növbəti sayı çap olunub
10.07.2024 10:17
  • A-
  • A
  • A+

“Həyat elmləri və biotibb” jurnalının növbəti sayı çap olunub

AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının bu günlərdə çapdan çıxmış növbəti (cild 6(79), nömrə 1) nömrəsində respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan araşdırmaların mühüm nəticələrini əks etdirən 11 məqalə yer alıb.

Qeyd edək ki, ingilis dilində nəşr olunan “Həyat elmləri və biotibb” jurnalı və onun internet saytı beynəlxalq elmi nəşrlərə qoyulan tələblərə tam uyğundur. Nəşrin nüfuzlu beynəlxalq indeksləşən bazalara (Scopus, Web of Sciences və s.) daxil olunması istiqamətində fəaliyyətlər davam etdirilməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: