Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Edigey” haqqında dastanın versiya və variantları” monoqrafiyası nəşr olunub
09.07.2024 12:00
  • A-
  • A
  • A+

“Edigey” haqqında dastanın versiya və variantları” monoqrafiyası nəşr olunub

AMEA-nın Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin büyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qumru Şəhriyarın “Edigey” haqqında dastanın versiya və variantları” monoqrafiyası çapdan çıxıb.

Orta Asiya türkləri arasında tarixi şəxsiyyət kimi xüsusi yerə sahib olan Edigeyə həsr olunmuş eyniadlı dastanın monoqrafik tədqiqatı Azərbaycan oxucusu üçün yenidir. Türk xalqları arasında dastanın 80-dən çox variantı qeydə alınıb və bu monoqrafiyada onların hər biri haqqında biblioqrafik məlumat verilib. Monoqrafiyada dastanın 60-dan çox versiya və variantlarından geniş söz açılıb.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər, rəyçiləri isə filologiya elmləri doktoru, professor Almaz Həsənqızı və filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: