Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
24.05.2024 14:25
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfəri” başlıqlı icmal təqdim edilib.

Bugünkü sayda AMEA Rəyasət Heyətinin iclası, Akademik Musa Əliyevin xatirələrinin toplandığı “Ömür” kitabının təqdimatına dair xəbər, “Azərbaycan-Kərkük elmi-ədəbi əlaqələri yeni müstəvidə” rubrikalı yazılar, o cümlədən “AMEA kollektivi “Əsrə bərabər gün” tamaşasına baxıb” başlıqlı xəbər yer alıb.

Qəzetdə “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda elmi konfrans, AMEA prezidenti akademik İsa Həbibbəylinin “Xalq qəzeti”nin baş redaktoru və kollektivi, eləcə də Rəssamlıq Akademiyasının tələbələri ilə görüşlərinə dair xəbərlər, həmçinin 28 may – Müstəqillik Günü ilə bağlı və “Abbasqulu ağa Baklxanovun 230 illik yubileyinə dəyərli töhfə” başlıqlı məqalələr və yenicə çapdan çıxmış elmi nəşrlərə dair informasiyalarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində müsahibə, icmal, o cümlədən ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair informasiyalar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: