Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.12.2023 13:20
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları Balakəndə keçirilən seminarda iştirak ediblər

Zoologiya İnstitutunun əməkdaşları Balakəndə keçirilən seminarda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşları, Tətbiqi zoologiya mərkəzinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səliqə Qazi və elmi işçi Zinyət Şahverdiyeva Balakən rayonunda “Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda keçirilən elmi-praktik seminarda iştirak ediblər.

Seminara Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəis müavini Yaqub Səfərli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), ETN Zoologiya İnstitutunun nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyatı qurumların nümayəndələri qatılıblar.

Seminarda Zoologiya İnstitutunun böyük elmi işçisi b.ü.f.d. Səliqə Qazi “Qəhvəyi mərmər bağacığının bioekologiyasına dair” mövzusunda çıxış edib. Bioloq alim qəhvəyi mərmər bağacığının bioloji xüsusiyyətlərindən, zərərlərindən, təbii düşmənlərinin müəyyən edilməsindən, bioloji mübarizədə onların tətbiqi imkanlarından bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: