Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qərbi Azərbaycandakı izimiz, sözümüz” kitabı işıq üzü görüb
10.01.2024 16:24
  • A-
  • A
  • A+

“Qərbi Azərbaycandakı izimiz, sözümüz” kitabı işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmiminin (Qurbanov) tarixçi, araşdırmaçı Anar Hüseynovla həmmüəllif olduğu “Qərbi Azərbaycandakı izimiz, sözümüz” kitabı çapdan çıxıb.

“SkyG” nəşriyyatında işıq üzü görən 348 səhifəlik kitabda əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun Təzə İbiş və Qoncalı kəndlərində yaşayan Bayraməlilər tayfasının tanınmış adamları, tayfanın hikmət və kəramət sahibi olan şəxsləri haqqında məlumat və xatirələr verilib, aşıq və el şairlərinin şeirləri, bölgəyə məxsus folklor örnəkləri təqdim olunub.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru dosent Nigar Həsənova, məsləhətçiləri texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov və Ələsgər Vəliyev, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru dosent Sönməz Abbaslı, Dos. Dr. Mahmud Sarıkaya, diaspor üzrə araşdırmaçı-ekspert, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk və Cəmilə Novruzovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: