Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabının VI cildi çap olunub
11.01.2024 11:04
  • A-
  • A
  • A+

“Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabının VI cildi çap olunub

Akademik Vaqif Abbasovun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabının VI cildi çap olunub.

VI cild - xüsusi nəşr Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib. Kitab Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın zəngin, çoxşaxəli həyat və fəaliyyətindən bəhs edir.

Xüsusi nəşrdə Ulu Öndərin bütün sahələrdə müdrik və uzaqgörən siyasəti, bu siyasətin uğurlu davamının təhlili verilib, Prezident İlham Əliyevin şanlı zəfərləri və səbəbləri şərh olunub. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalq və Vətən sevgisi, xeyirxahlığı, zəkası, dünyagörüşü, böyük nüfuzu təhlil edilib. Kitab 54 illik tarixi olan böyük siyasətin qızıl səhifələrinə səyahətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: