Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan və özbək dastanlarında qadın obrazlarından bəhs edən məqalə Türkiyədə nəşr olunub
15.01.2024 12:45
  • A-
  • A
  • A+

Azərbaycan və özbək dastanlarında qadın obrazlarından bəhs edən məqalə Türkiyədə nəşr olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın “Azərbaycan və özbək türklərinə aid dastanlarda qadın obrazlarının özəllikləri” adlı məqaləsi Türkiyədə “Yaxın Şərq və Mərkəzi Asiya-Qafqaz Araşdırma və Tətbiq Mərkəzinin jurnalı”nda dərc olunub.

Azərbaycan və özbək xalqlarının dastanlarında türk xalqlarının əxlaqını, psixologiyasını, adət-ənənələrini, milli-mədəni xüsusiyyətlərini, mübarizə tarixini, düşüncə tərzini görmək olur. Dastanlarda təsvir olunan qadın tipləri qadının cəmiyyətdəki yerini və dəyərini göstərir və türk qadınlarının keçmişdəki yaşamları haqqında təsəvvürə malik olmağa, eləcə də cəmiyyətdə qadının rolunu müəyyənləşdirməyə kömək edir. Məqalədə Azərbaycan və özbək xalqlarının qəhrəmanlıq  dastanlarındakı qadın obrazlarının oxşar xüsusiyyətlərindən bəhs edilir. Aparılan müqayisələr zəminində qadının türk xalqlarının qəhrəmanlıq və mədəniyyət tarixindəki yeri elmi ədəbi müstəvidə müəyyən edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: