Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şərur folklor örnəkləri” seriyasından II kitab çapdan çıxıb
15.01.2024 15:16
  • A-
  • A
  • A+

“Şərur folklor örnəkləri” seriyasından II kitab çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Şərur folklor örnəkləri” seriyasından II kitab nəşr olunub.

Kitabdakı folklor nümunələri bir söyləyicidən - Folklor İnstitutunun elmi işçisi əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndindən olan Südabə Həsənovadan toplanıb. Südabə Həsənovanın söylədiyi bütün folklor örnəkləri onun uşaq vaxtı öz ailəsinin yaşlı üzvlərindən eşitdikləri, Şərurun tarixi kəndlərindən biri olan Havuşda gördükləridir. Topluda müxtəlif lirik və epik folklor nümunələri, etnoqrafik mətnlər və Havuş kəndinə aid toponimlər təqdim olunub.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 304 səhifəlik kitabın layihə rəhbəri akademik Muxtar İmanov, toplayıb tərtib edən və “Ön söz” müəllifi filologiya üzrə fəlsəfə doktoru dosent Ləman Vaqifqızı (Süleymanova), elmi redaktoru isə filologiya elmləri doktoru professor Əfzələddin Əsgərdir.

Qeyd edək ki, ayrı-ayrı folklor həvəskarlarının toplayıb nəşr etdirdikləri məcmuələri nəzərə almasaq, indiyədək Azərbaycan folklorunda bir kəndin folklor və etnoqrafiyasından bəhs edən ayrıca akademik nəşrə rast gəlinmir. Kitabı bu sahədə ilk təcrübə hesab etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: