Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.01.2024 16:00
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı “Coursera” sertifikatları ilə təltif olunub

Folklor İnstitutunun əməkdaşı “Coursera” sertifikatları ilə təltif olunub

AMEA-nın Folklor İnstitutunun Elektron xidmətlər şöbəsinin əməkdaşı mühəndis-proqramçı Ramin Abdullayev AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşəbbüsü ilə “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib.

“4Sİ Akademiyası” layihəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun və ABŞ-ın “Coursera” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib. Layihənin məqsədi müxtəlif ölkələrdə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək vermək olub.

Ramin Abdullayev müxtəlif şirkət və universitetlərin “HTML, CSS and Javascript for Web Developers”, “Introduction to HTML5”, “Learning How to Learn: Powerful mental tools to help you master tough subjects”, “Al For Everyone”, “Successful Presentation”, “Intelligent Machining”, “Communication in the 21st Century Workplace”, “Interactivity with Javascript”, “Coaching Practices”, “IS/IT Governance”, “Preparing to Manage Human Resources”, “Build AI Apps with ChatGPT, Dall-E, and GPT-4”, “Chat GPT Advanced Data Analysis”, “Prompt Engineering for Chat GPT”, “Advanced Styling with Responsive Design” kurslarını müvəffəqiyyətlə başa vurduğuna görə “Coursera” platforması tərəfindən ümumilikdə 15 sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: