Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının növbəti sayı Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilib
16.01.2024 16:58
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının növbəti sayı Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilib

 

“Türkologiya” jurnalının 2023-cü il üçün ikinci nömrəsi Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilib.

Jurnalın Cümhuriyyətin 100 illiyinə həsr olunmuş nömrəsində müxtəlif mövzulu məqalələrdə Atatürkün Azərbaycan konsepsiyasının ideoloqu – İsmayıl Hikmət Ertaylan, Atatürkün dil siyasəti, Cümhuriyyət dövründə hüquq sənədlərinin tədqiqi, Cümhuriyyət dövründə Türkiyədə yazılan qrammatik kitablar və digər mövzularda yazılar yer alıb.

Həmçinin 2023-cü ilin ikinci nömrəsində Azərbaycan, Qırğızıstan, Macarıstan, Bolqarıstan, Şimali Makedoniya, Rusiya alimlərinin türkologiyanın ayrı-ayrı sahələrinə aid məqalələri dərc olunub. 

Geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın “Klassik irs”, “Ədəbi əlaqələr”, “Ədəbi irs”, “Dil əlaqələri”, “Dil və ədəbi əlaqələr” rubrikalarında yer alan nəzəri məqalələr oxucular tərəfindən maraqla qarşılanacaq. “Personalia” rubrikasında isə Mehmet Akif Ersoy 150, akademik Teymur Kərimli 70 və İlham Tahirovun 60 illik yubileylərinə həsr olunmuş məqalələr çap edilib.

Jurnalın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: