Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Qasım bəy Zakirə həsr olunan növbəti buraxılışı yayımlanıb
18.01.2024 17:16
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Qasım bəy Zakirə həsr olunan növbəti buraxılışı yayımlanıb

“Mədəniyyət” kanalında yayımlanan “Vətənim” verilişinin Azərbaycan realist ədəbi düşüncəsinin əsas nümayəndələrindən biri, özünəməxsus satirik üsluba malik olan Qasım bəy Zakirə həsr olunan növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verlişdə bildirilib ki, Zakir lirikasının böyük bir qismini onun gözəllərin təsvir və tərənnümünə həsr edilmiş şeirləri təşkil edir. lirikasının ən yaxşı nümunələrindən biri “Durnalar” qoşmasıdır. Bu qoşmada lirik qəhrəmanın vətən sevgisi, qürbət sıxıntısı dərin bir səmimiyyətlə tərənnüm olunur.

“Qasım bəy Zakirin şeirlərinin içərisində zaman var, zəmanənin gerçəkləri var”, - deyə qeyd edən akademik Rafael Hüseynov sadə həyat yaşamayan, çətinliklərlə üzləşən şairin zəngin irsi ilə insanların qəlbində yuva qurduğunu vurğulayıb.

O, şairi zamanında millətə yaxın edənlərin siyahısında Hüseyn Əfəndi Qayıbov kimi nurlu insanın olduğunu söyləyərək, onun təzkirəsinə Qasım bəy Zakirin şeirlərinin yarısını daxil etdiyini bildirib.

Akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, şərqşünas alim Adolf Berje zamanında “Qafqaz” qəzetində Qasım bəy Zakir haqqında ilk məqaləni dərc etdirmişdi. Həmçinin Mir Möhsün Nəvvab Qasım bəy Zakir haqqında məlumatlar toplamış, öz gördüklərinə başqalarından eşitdiklərini də əlavə etmiş, ədibin şeirlərini toplamışdır. Bundan başqa, Firudin bəy Köçərlinin də Qasım bəy Zakirə münasibəti məxsusi olmuşdur, onun Qasım bəy Zakirə haqqında yazdığı cümlələrin heç biri köhnəlməmişdir. Həmçinin görkəmli ədəbiyyatşünas Salman Mumtaz 1925-ci ildə Bakıda Qasım bəy Zakir şeirləri toplusunu buraxmışdır. İlk dəfə Zakirin külliyyatı adlandırıla biləcək toplu millətə təqdim edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: