Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.04.2026 09:56
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Daşkənddə keçirilən beynəlxalq elmi-texniki konfransda iştirak ediblər

Azərbaycan alimləri Daşkənddə keçirilən beynəlxalq elmi-texniki konfransda iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun əməkdaşları 19–23 aprel 2026-cı il tarixlərində Daşkənd şəhərində keçirilmiş “Железнодорожный подвижной состав: проблемы, решения, перспективы” adlı V beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.

İnstitutun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri, t.ü.f.d.Tofiq Babayev “Оценка уровня цифровизации Азербайджанского сегмента Среднего коридора”, Mürəkkəb proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının müdiri, r.ü.f.d. Ədalət Paşayev “Обоснование параметров измерительного участка пути для тензометрической диагностики колес железнодорожного подвижного состава в движении” adlı məruzələrlə çıxış ediblər.

Konfransın açılış mərasimində çıxış edən t.ü.f.d. Tofiq Babayev dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib və Azərbaycan–Özbəkistan arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb. Çıxış zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu ilə Daşkənd Dövlət Nəqliyyat Universiteti arasında inkişaf edən elmi əməkdaşlıq əlaqələri barədə məlumat verilib. Bildirilib ki, tərəflər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi tərəfindən elan olunan Özbəkistan–Azərbaycan Beynəlxalq Elmi Müsabiqəsi çərçivəsində birgə tədqiqat layihəsi təqdim ediblər. Layihə dəmir yolu nəqliyyatı sahəsində müasir riyazi metodların tətbiqi ilə nəqliyyat sistemlərinin modelləşdirilməsi, optimallaşdırılması və təhlilini əhatə edir.

Eyni zamanda, alim 18–21 may tarixlərində Bakı şəhərində keçiriləcək “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 5-ci Beynəlxalq Konfrans (PLMO 2026) barədə məlumat verərək xarici alimləri bu tədbirdə iştirak etməyə dəvət edib.

Konfrans çərçivəsində Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlığın genişləndirilməsi, dəmir yolu nəqliyyat sistemlərinin modelləşdirilməsi, rəqəmsallaşma və optimallaşdırma sahələrində müasir yanaşmaların tətbiqi məsələləri müzakirə olunub. Həmçinin tərəflər birgə tədqiqat layihələri və beynəlxalq elmi əməkdaşlıq istiqamətində yeni təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: