Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı dərc edilib
19.01.2024 11:03
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı dərc edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran və Neftçala rayonlarına səfəri haqqında icmal yer alıb.

Qəzetdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvana Fransada göstərilən təhqiramiz münasibətlə bağlı yazısı və “AMEA alimləri Ədəbiyyat İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasını vandalizm aktı hesab ediblər” başlıqlı xəbər  dərc edilib.

Bu sayda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2024-cü ildə yerli televiziya kanallarına müsahibəsindən irəli gələn vəzifələrə həsr olunmuş müzakirə və unudulmaz şairə Nurəngiz Günün 85 illik yubileyinə həsr olunmuş tədbirlə bağlı xəbərlər, eləcə də “20 yanvar xalqımızın tarixində şərəfli səhifədir” və “Dünya şöhrətli paleontoloq alim” adlı məqalələr yer alıb.

19 yanvar tarixli nömrədə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi, Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzinin 2023-cü il üzrə fəaliyyətlərinə dair hesabatları, həmçinin yeni elmi nəşrlərə və digər tədbirlərə dair xəbərlər təqdim edilib.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, müsahibə, həmçinin son elmi yeniliklərə dair informasiyalar dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: