Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.01.2024 15:00
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları 20 Yanvar - Ümumxalq Hüzn Gününün 34-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

İSİ əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyaraq məzarlarının üzərinə çiçəklər düzüblər.

Bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri olan 20 Yanvar Azərbaycan tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şərəf günü kimi xatırlanır. Azərbaycan xalqı Qanlı Yanvar gecəsi Sovet ordusuna qarşı sinəsini sipər edərək mərdlik nümayiş etdirdi. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqları, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda savaşmaq əzminə malikdir.

Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və heç zaman unudulmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: