Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2024 15:15
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda Qanlı Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

Biofizika İnstitutunda Qanlı Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

Biofizika İnstitutunda 2Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov 20 Yanvar faciəsinin mahiyyətindən söz açaraq, qan yaddaşımız ilə bağlı  həqiqətlərin indiki və gələcək nəsillərə çatdırılmasının önəmini vurğulayıb.

Sonra institutun GAMŞ-nın üzvü, Ekoloji biofizika laboratoriyasının kiçik elmi işçisi Sevil Rəhmanova 20 Yanvar faciəsinə həsr olunmuş təqdimatla çıxış edərək, 1990-cı il yanvar ayının 20-də Bakıda törədilmiş qanlı hadisələr haqqında ətraflı məlumat verib. Bildirib ki, Qanlı Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: