Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2024 18:35
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda doktorant və dissertantlara növbəti mühazirə keçilib

Dilçilik İnstitutunda doktorant və dissertantlara növbəti mühazirə keçilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorant və dissertantlara növbəti mühazirə keçilib.

Mühazirə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “Doktorant və dissertantlar üçün ixtisas fənnindən ictimai əsaslarla mühazirələrin təşkil edilməsi” haqqında qərarına əsasən baş tutub.

Əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra ölkə başçısının “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını nəzərə alaraq, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri f.ü.f.d., dosent Rasim Heydərov “Azərbaycan Xalq Cümhuriyyətinin dil quruculuğu və dil siyasəti” mövzusunda mühazirə deyib.

Daha sonra mühazirə ətrafında müzakirələr aparılıb. Müzakirələrdə institutun direktoru professor Nadir Məmmədli, direktor müavini f.ü.f.d., dosent Baba Məhərrəmli, elmi katib f.e.d. Aynel Məşədiyeva, şöbə müdiri professor İlham Tahirov, şöbə müdiri professor Sayalı Sadıqova və institutun doktorantları iştirak edib, mühazirəni yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: