Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.01.2024 09:30
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbir keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbir keçirilib

AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirin əvvəlində institut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə institutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açıb. Alim 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə mühüm dönüş nöqtəsi olduğundan bəhs edib. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid versə də, onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Ə.Quliyev Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini qeyd edib. Məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində bu gün qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayıb.

Tədbirdə çıxış edən institutun Həmkarlar İttifaqı Komitəsinin sədri a.e.d. Məmməd Məmmədov 20 Yanvar günü canlı şahidi olduğu hadisələrdən danışıb. O, çıxışında qeyd edib ki, 20 yanvar millətimizin qəhrəmanlığını, vahid bir ideya ətrafında birləşməyi bacardığını nümayiş etdirdiyi gündür.

Tədbirdə, həmçinin professor Sara Məmmədova və a.e.ü.f.d. Əminə Axundova həmin günə aid acı xatirələrini bölüşərək, şəhidlərimizə rəhmət diləyiblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: