Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.01.2024 13:54
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

 

AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İclasda institutun Həmkarlar Təşkilatı, Yeni Azərbaycan Partiyasının ərazi təşkilatı, Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açan institutun Həmkarlar Təşkilatının sədri k.e.d. Arif Əfəndi 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gündür. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu hadisələr göstərdi ki, Azərbaycan xalqının iradəsini heç vaxt qırmaq olmaz. Biz artıq ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşları  kimi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirik. 20 Yanvar şəhidlərinin ruhu indi şaddır.  Artıq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Azərbaycanın Müzəffər Ordusu  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazandı. 44 günlük müharibədə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Sonra  institutun  əməkdaşı N.Həsənquluyeva, Qadınlar Şurasının sədri E.Quluzadə 20 Yanvar faciəsi barədə danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər. 20 Yanvarda, 44 günlük Vətən müharibəsində və sentyabrın 19-20-də Qarabağda aparılan antiterror tədbirlərində böyük qəhrəmanlıq göstərən, dövlətimizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman  şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə dərin ehtiramla yad ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: