Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.01.2024 16:08
  • A-
  • A
  • A+

Botanika İnstitutunda dərman bitkilərinə dair elmi seminar keçirilib

Botanika İnstitutunda dərman bitkilərinə dair elmi seminar keçirilib

AR ETN Botanika İnstitutunda Amerika Birləşmiş Ştatlarının Amherst Massaçusets Universitetinin Kənd təsərrüfatı kollecinin Professoru Nazim Məmmədovun təqdimatında “İnsan və dərman bitkiləri” adlı elmi seminar keçirilib.

İnstitut əməkdaşlarının iştirakı ilə təşkil olunmuş seminarda N.Məmmədov dünyada dərman bitkilərinə dair tədqiqatın aparılması və yaranan çətinliklər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, dünyada təxminən 250 000 bitki var və onlardan 30 000-i dərman bitkisi kimi qəbul olunsa da, əksər bitkilər hələ öyrənilməyib. Alim dünyada dərman bitkiləri üzrə aparılan son araşdırmalardan danışaraq vurğulayıb ki, bir çox inkişaf etmiş ölkələrin səhiyyə sistemində bitki əsaslı təbii dərman məhsullarından geniş istifadə olunur. O, xərçəng, malyariya, depressiya, ruhi və bir sıra xəstəliklərə qarşı müalicədə istifadə olunan dərman bitkilərinin kimyəvi tərkibi, təsir effektivliyi haqqında geniş məruzə edib.

Mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: