AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin “Məmməd Əmin Rəsulzadə –140” adlı məqalələr məcmuəsi çapdan çıxıb.
Topluda Azərbaycan Milli Demokratik Respublikasının ilk qurucusu, ictimai xadim və mütəfəkkir Məmmədəmin Rəsulzadənin əsərlərinin dil və üslub xüsusiyyətlərindən, o cümlədən ana dili və əlifba məsələsi barədə maarifçi görüşlərindən, publisistikasının dil və üslub xüsusiyyətlərindən, onun türk ədəbi dilinə dair baxışlarınmdan bəhs olunur. Böyük ictimai xadimin siyasi və ədəbi görüşləri, “Əsrimizin Siyavuşu” əsərinin dil və üslub xüsusiyyətləri, əsərlərində işlənən izafət birləşmələri təhlil olunur.
Kitabın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədl, redaktor filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva; rəyçi filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlidir.
Kitabda çap olunan yazıların müəllifləri filologiya elmləri doktoru, professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Yaqub Babayev, filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnurə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Hüseynova-Qəhrəmanlıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.