Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Yeni Azərbaycan Partiyasının sədri seçilib.
Tədbirdə Xəzər Rayon Yeni Azərbaycan Partiyasının (YAP) Təşkilati işlər üzrə məsləhətçisi Siyasət Həsənov, institutun baş direktoru v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova və institutun əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə dosent Minarə Həsənova açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əldə etdiyi qələbələrdən, xalqımızın yenilməzliyindən danışıb. O,vurğulayıb ki, 44 günlük Vətən müharibəsini zəfərlə başa vurmağımızın həm hərbi, həm də siyasi tərəfləri vardır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər iki cəbhədə - həm hərbi, həm də informasiya cəbhəsində qalib gəldi. Qısa müddətdə güclü ordunun yaradılması, müasir hərbi texnika və silahlarla təmin olunması Böyük Qələbəyə aparan yolda mühüm amilə çevrildi.
Xəzər Rayon YAP Təşkilati işlər üzrə məsləhətçi Siyasət Həsənov çıxış edərək, Azərbaycanda gənclər siyasətinin hər zaman dövlət istiqamətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu, Azərbaycan gəncliyinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Qeyd edib ki, hazırda rəhbər orqanlara gənclər təyin olunur, onlara etimad göstərilir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib.
Daha sonra səsvermə yolu ilə yeni sədr Dendrologiya İnstitutu Yeni Azərbaycan Partiyasının sədri vəzifəsinə Bitki mühafizəsi laboratoriyasının müdiri a.e.ü.f.d, dosent Şaməddin Qəhrəmanov müavin isə elmi işçi Vüsalə Bədəlova seçilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.