Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Vikipediya”nın Azərbaycan dili bölməsi bir pillə irəliləyib
24.01.2025 14:18
  • A-
  • A
  • A+

“Vikipediya”nın Azərbaycan dili bölməsi bir pillə irəliləyib

Yanvar ayının 15-də dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili tamam oldu. Bu gün “Vikipediya” 340 dildə mövcud olan və viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən daim inkişaf etdirilən ensiklopediyadır.

“Vikipediya” platformasının Azərbaycan dili bölməsi hər gün zənginləşir və bu da ana dilimizdə məlumatların əlçatanlığını təmin edir. Ötən ilin yalnız dekabr ayında “Vikipediya”nın Azərbaycan dilindəki səhifələri 33 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 389 milyona çatıb.

Azərbaycan “Vikipediya” İcmasının səmərəli fəaliyyəti nəticəsində “Vikipediya”da dərinlik (keyfiyyət) göstəricisi 50-dən 51-ə yüksəlib. Bu artıq sistemli fəaliyyətdən xəbər verir. Könüllü qruparının birgə əməyinin nəticəsi kimi qəbul edilməlidir. Nəticə etibarilə Azərbaycan dilində olan məlumat bazası hər keçən gün zənginləşir və təkmilləşir.

Qeyd edək ki, bir neçə ildir AMEA institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır. Son bir ildə isə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri təşkil edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: