Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artaraq bir neçə M sinifli alışma və Tac Kütlə Atılmaları baş vermişdir. Maksimal sinifli alışma 3559 oblastındakı M6.83 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R2 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II tip radioemissiya qeydə alınmışdır. Hal-hazırda Günəş ləkələrinin sayı azalaraq, 5 ləkə qrupunda 75 ləkə, həmçinin geoeffektiv Tac dəliyi müşahidə olunur.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə 22 və 28 yanvarda yüksələrək S1 səviyyəli radiasiya qasırğası baş vermişdir (maks: 24 pfu).
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti azalaraq 509 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 14 nT, radial istiqamətdə isə -9 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (392 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.72 nT, radial istiqamətdə isə 1.6 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsi TKA və Tac dəliklərinin təsiri ilə qeyri-sabit olsa da, geomaqnit qasırğası baş verməyib. Hal-hazırda Kp indeksi ~2-yə bərabərdir və kosmik hava sakitdir. .
Kosmik hava proqnozu – Proqnoz günlərində (29 yanvar-04 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.
Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə qeyri-sabit olacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.