AR ETN Botanika İnstitutu ilə Türkiyənin Karadeniz Texnik Universitetinin Molekulyar Biologiya və Genetika Bölümü arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumu Karadeniz Texnik Universitetinin rektoru, professor Hamdullah Çuvalcı və Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva imzalayıblar.
Memoranduma əsasən tərəflər birgə tədqiqatların aparılması, elm və təhsil sahəsində əməkdaşlığın inkişafı, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi, həmçinin birgə layihə və elmi tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.
İmzalanan sənəd elm və təhsil sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.