Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2024 11:26
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda Gənclər günü qeyd olunub

Memarlıq və İncəsənət İnstitutunda Gənclər günü qeyd olunub

AMEA-nın Memarlıq və İncəsənət 2 Fevral - Gənclər günü münasibətilə Memarlıq və İncəsənət İnstitutunun Azad Həmkarlar İttifaqı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Gənclik və elm” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini Xəzər Zeynalov qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir və institutumuzun gənclərinin də bu işdə öz payı var.

Daha sonra Teatr, kino və televiziya şöbəsinin aparıcı elmi işçisi Nərminə Ağayeva və həmin şöbənin böyük elmi işçisi Məlahət Ağayeva çıxış edərək gənclərə uğurlar arzulayıblar. Tədbir çərçivəsində gənclərin 2023-cü il üzrə hesabatı diqqətə çatdırıldıqdan sonra 2024-cü il üçün nəzərdə tutulan tədbirlər planı müzakirə edilib.

Tədbirdə institutun Teatr, kino və televiziya şöbəsinin əməkdaşları Fidan Rzayevanın “Gənclərin həyatında teatr, teatrın səhnəsində gənclik” və Arzu Quliyevanın “Örnək gənclərin uğur düsturu” adlı məruzələri dinlənilib. Hər iki məruzəçinin çıxışları gənclər tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda 2023-cü ildə elmi və ictimai fəaliyyətlərində qazandıqları uğurlara görə institutun gənc mütəxəssisləri Fidan Rzayeva, Nigar Ramazanova və Salina Aslanxanova səmərəli, məhsuldar elmi və elmi-ictimai fəaliyyətində fəal iştirakına görə institutun Həmkarlar Təşkilatı və Gənc Alim Mütəxəssislər Şurasının Fəxri fərmanı və pul mükafatı ilə təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: