Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2024 12:52
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Gənclər günü qeyd olunub

Dilçilik İnstitutunda Gənclər günü qeyd olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə institutun direktoru professor Nadir Məmmədli elmi müəssisənin fəaliyyətində gənclərin xüsusi yeri olduğunu bildirib.  Professor  institutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilən büro üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə Ümummilli lider Heydər Əliyev tərəfindən 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında 1997-ci il fevralın 1-də Sərəncam imzalandığını xatırladıb, əlamətdar günün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə ölkəmizdə qeyd olunduğunu bildirib.

Tədbirdə Dilçilik İnstitutunun son illər ərzində fəaliyyətini, gənclərin iştirak etdikləri tədbirləri əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş olunub.

Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gəncə mükafat və təşəkkürnamələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: