Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.02.2024 15:05
  • A-
  • A
  • A+

Gənc alimlər təltif olunublar

Gənc alimlər təltif olunublar

Yasamal rayon İcra Hakimiyyətində 2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar iclas keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası açıq elan edən Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun müdiri İlham Səfərov Azərbaycan gəncliyinin müasir dövrdə ölkəmizin ictimai-siyasi həyatındakı rolundan söz açıb.

İclasda çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib. Bildirilib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yeni nəsil yetişib və bu siyasəti cənab Prezident İlham Əliyev uğurla davam etdirir.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə bir qrup gənc Fəxri fərmanla təltif olunub.

Təltif olunan gənclərin sırasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini elmi işçi Orxan İsayev və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Ekoloji kataliz laboratoriyasının kiçik elmi işçisi Könül Musazadə də olub.

Orxan İsayev tədbirdə çıxış edərək əsası Ulu Öndər tərəfindən qoyulan və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən elm və təhsil siyasətində danışıb, gənc alimlərin əldə etdiyi nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: