Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Kürdəmirdə seçicilərlə qəbulu çərçivəsində muzeyin Xaqani Şirvani adına Aran regional şöbəsinin əməkdaşları ilə görüşüb.
Görüşdə bölgənin ədəbi-mədəni həyatında muzeyin yeri və fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Aran regional şöbəsinin mövcud problemlərinin həlli istiqamətində tədbirlər planı müəyyənləşdirilib, qarşıdakı aylarda keçiriləcək ədəbi-mədəni tədbirlərin dairəsi müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.