Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.03.2025 16:18
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin tələbələri Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin tələbələri Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Su bioehtiyatları və akvakultura” ixtisası üzrə təhsil alan IV kurs tələbələr ETN Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər.

Təcrübə müddəti 17 fevral - 28 mart tarixlərini əhatə edir. Tələbələr institutun müxtəlif laboratoriyalarında əməkdaşların rəhbərliyi altında elmi-tədqiqat təcrübələri apararaq nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, Bakı Dövlət Universiteti və ETN Zoologiya İnstitutu arasında təhsil və elm sahəsində inteqrasiyanın gücləndirilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq qurulmuş, tələbələrin təcrübə keçməsinə şərait yaradılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: