Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2024 15:44
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AR ETN Biofizika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımovun sədrliyi ilə keçirilən iclasda Gənclər günü münasibətilə Biofizika İnstitutunda gənc alimlər arasında keçirilən müsabiqənin nəticəsi elan olunub.

Müsabiqənin nəticəsinə əsasən, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova 2023-cü ildə institutun elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə fəxri diploma layiq görülüb.

Sonra Biofizika İnstitutunun elmlər doktoru hazırlığı üzrə qiyabi doktorantları - b.ü.f.d., dos. Mürsəl Dadaşovun və b.ü.f.d., dos. Sevinc Cəfərovanın əsas elmi məsləhətçisində dəyişiklik edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: