Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.02.2024 10:40
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib.

Əvvəlcə Elmi şuranın üzvü, Proteomiks beynəlxalq laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra institutun baş direktoru akademik İradə Hüseynova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda institutda 2024-cü ildə yerinə yetiriləcək elmi-tədqiqat işləri və elmi tədbirlər planı müzakirə edilərək təsdiqlənib.

İş planına daxil edilən məsələlərlə bağlı təkliflər dinlənilib.

İngilis dilində nəşr edilən “Transactions of the Institute of Molecular Biology & Biotechnologies” jurnalının elektron versiyasının beynəlxalq bazalara daxil edilməsi və təbliği istiqamətində işlərin davam etdirilməsi və 2024-cü ildə jurnalın 8-ci cildinin I nömrəsinə məqalə qəbulunun başlanması haqqında məlumat verilib. B.ü.f.d. Ülkər İbrahimovanın müəllifliyi ilə “Buğdada duz stresi ilə induksiya olunan morfoloji, fizioloji və biokimyəvi dəyişikliklər” adlı monoqrafiyanın dərc olunmasının məqsədəuyğunluğu barədə məsələ müzakirə olunub.

İclasda, həmçinin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn məsələlər, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyası (COP 29) ilə bağlı həyata keçiriləcək tədbirlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: