Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.02.2024 14:26
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Qafqazşünaslıq İnstitutunda Naxçıvan  Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarına əsasən AMEA-nın Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. İnstitutun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Ermənistan və xarici ölkələrdəki araşdırma mərkəzlərinin tədqiqatlarında Naxçıvana əsassız iddiallar (1991-2024-cü illər)” mövzusunda  məruzə  edib.  Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: