Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.02.2024 14:23
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun əməkdaşı Scopus-a daxil olan yüksək reytinqli elmi jurnalların rəyçisidir

İqtisadiyyat İnstitutunun əməkdaşı Scopus-a daxil olan yüksək reytinqli elmi jurnalların rəyçisidir

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Xidmət sferasının iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi dosent Kamran Abdullayev Böyük Britaniyada Scopus və Web of Science (WOS) elmi bazasına daxil olan, Elsevier nəşriyyatı tərəfindən nəşr edilən dünyada ən yüksək reytinqə malik (Q1-birinci kvartilə aid) “Nəqliyyat tədqiqatlarının fənlərarası perspektivləri” (Transportation Research Interdisciplinary Perspectives) jurnalı tərəfindən 2022-2023-cü illəri əhatə edən beynəlxalq səviyyəli rəyçi sertifikatı verilib.

K.Abdullayev son iki ildə bu jurnalın rəsmi rəyçisi olub və fəaliyyətini davam etdirməkdədir.

İqtisadçı alim, eyni zamanda ABŞ-da nəşr olunan, Scopus və Web of Science (WOS) bazasına daxil olan beynəlxalq reytinqli “Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları Jurnalı” (Journal of Eastern European and Central Asian Research) tərəfindən də 2023-cü ili əhatə edən beynəlxalq səviyyəli rəyçi sertifikatı ilə təltif olunub. Beynəlxalq sertifikatda rəyçinin çalışdığı institut və ölkə də nəzərə alınıb.  K.Abdullayev  hazırda jurnalın rəsmi rəyçisidir.   

Kamran Abdullayev 2024-cü ildə ABŞ-da nəşr edilən, Scopus bazasına daxil olan “Biznes və iqtisadiyyat üzrə əməliyyatlar” («WSEAS Transactions on Business and Economics») jurnalı tərəfindən 2024-cü ili əhatə edən beynəlxalq səviyyəli rəyçi sertifikatı alıb.

Qeyd edək ki, hər 3 reytinqli jurnal tərəfindən beynəlxalq rəyçilərə sertifikatlar verildikdə onlara il ərzində təqdim olunan iqtisadi məqalələri ingilis dilində elmi baxımdan akademik səviyyədə düzgün təhlil etmələri, rəyçinin beynəlxalq elmi fəaliyyəti, o cümlədən ingilis dilində tərtib olunmuş rəylərinin keyfiyyəti və obyektivliyi nəzərə alınır. Hər 3 jurnalın redaksiyası tərəfindən Kamran Abdullayevin 2024-cü ildə jurnalların redaksiya heyətinə qəbul edilməsi tövsiyə edilib.

Bundan başqa dosent K.Abdullayev 15-16 noyabr 2023-cü il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Böyük Britaniyanın “Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazasının fəaliyyəti ilə bağlı elmi tədbirdə fəal iştirak edib və beynəlxalq sertifikat alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: