Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Vikipediya”da məqalələrin yaradılması prosesi davam edir
16.02.2024 12:03
  • A-
  • A
  • A+

“Vikipediya”da məqalələrin yaradılması prosesi davam edir

“Vikipediya”nın Azərbaycan və xarici dili bölmələrində məqalələrin yaradılması və zənginləşdirilməsi səmərəli şəkildə davam etməkdədir. 

AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin bilavasitə iştirakı və təşəbbüsü ilə “Vikipediya”da bu günlərdə ümumilikdə 6 kateqoriyada 55 məqalə yaradılıb. Bunlardan 28 məqalə ana dilimizdə, 27 məqalə xarici dillərdə (6 ingilis, 2 alman, 12 türk, 7 rus, dillərində zənginləşdirilib. Məqalələr Azərbaycanın görkəmli şəxsiyyətləri, maddi-mənəvi memarlıq abidələri və başqa mövzular ətrafındadır. Könüllü qruplar tərəfindən məqalələrin xarici dili bölmələrində yaradılması diqqətdə saxlanılır.  Məqsəd ölkəmiz haqqında xarici xarici oxucuları məlumatlarla təmin etməkdir.

Onu qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun könüllü “Vikipediya” qrupunun əməkdaşı Fidan Hacalıyeva Qasım bəy Zakirin “Vikipediya”da mövcud olan məqaləsini əsaslı redaktə edərək zənginləşdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: