Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.02.2024 13:38
  • A-
  • A
  • A+

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru beynəlxalq seminarda məruzə ilə çıxış edib

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru beynəlxalq seminarda məruzə ilə çıxış edib

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda onlayn beynəlxalq seminar keçirilib.

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin yaradıcılığında mənsub olduğu Azərbaycan xalqının müdrikliyi türk düşüncə sistemi kontekstində” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə vurğulanıb ki, Nizami Gəncəvinin insan sevgisi bütün bəşəriyyəti əsrlərlə heyran edib: “Dahi şairin “Xəmsə”si eyni missiyanı bu gün də davam etdirməkdədir. Nizami Gəncəvi yaradıcılığının zirvəsini təşkil edən tolerantlıq, bəşərilik onun mənsub olduğu türk soyunun və məkan qurduğu Azərbaycanın Gəncə diyarının bu mövzuda dünyaya səslənişidir. Prezident İlham Əliyevin himayəsi altında 2023–cü il martın 9–da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində dövlətimizin başçısının söylədiyi: “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadının təzahürüdür” fikirləri dahi mütəfəkkirin şəxsiyyətinin, yaradıcılığının bir Azərbaycan-türk hadisəsi olmasına ən tutarlı dəlildir.

Bütün yaradıcılığı boyu əsərlərində qırmızı xətlə keçən ədalət, qadın azadlığı, humanizm, insan sevgisi kimi anlayışlar, əlbəttə ki, Nizami Gəncəvi şəxsiyyətinin bu gün dünyada sevilə-sevilə öyrənilib tədqiq edilməsinin əsas səbəblərindən biridir. Dahi şairimizə dünya səviyyəsində olan sevginin mənbəyi onun yaradıcılığının mərkəzində insan və insanlığa məhəbbət konsepsiyasının dayanmasıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də məhz bu məqamı nəzərdə tutaraq deyirdi: “Biz Nizami Gəncəvi ilə, Nizami Gəncəvi irsi ilə bəşəriyyəti, insanlığı qovuşdurmağa, birləşdirməyə tələsirik”.

Beynəlxalq seminarda Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Rəcəb Öztop, Özbəkistan Respublikasının Ali Məclisinin deputatı, dosent Gülbahar Səidqəniyeva, Türkiyə Respublikası Səlcuq Universiteti Fars dili və ədəbiyyat bölməsinin rəhbəri Ali Temizel, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri dosent Almaz Ülvi Binnətova, Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetinin Türkoloji araşdırma şöbəsinin müdiri dosent Roxila Ruzmanova, Səlcuq Universiteti Mövlanə Araşdırmaları İnstitutunun əməkdaşı Selman Karadağ, Gəncə şəhər mədəniyyət işçiləri və başqa qonaqlar iştirak ediblər.

AzərTac

  • Paylaş: