Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.02.2024 12:45
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

Şəki Regional Elmi Mərkəzində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (Şəki REM) “Ədəbiyyatda və ictimai fikirdə Məhəmməd Əmin Rəsulzadə obrazı” mövzusunda seminar keçirilib.

Seminarda Şəki REM-in elmi katibi Vəfa Atayeva çıxış edərək tədbirin cənab Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. O, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edib.

Daha sonra mərkəzin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva “Azərbaycan ədəbiyyatşünaslığında Məhəmməd Əmin Rəsulzadə” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri ilə yanaşı, ədəbi yaradıcılığı da diqqətəlayiqdir. Rəsulzadə irsi yalnız siyasi düşüncədən ibarət deyil, o, ədəbiyyatşünaslığa da dəyərli töhfələr verib.

Təranə Abdullayeva bildirib ki, Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Əsrimizin Səyavuşu”, “Azərbaycan kültür gələnəkləri”, “Azərbaycan şairi Nizami” kimi irihəcmli monoqrafik tədqiqatları onun ədəbi-estetik və nəzəri görüşlərinin ifadəçisidir. Bu əsərlər xalqın milli oyanışı, kökə qayıdışı, ədəbiyyatın inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: