Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.02.2024 14:12
  • A-
  • A
  • A+

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Hər dil özündə bir dil yaşadır” adlı tədbir keçirilib

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Hər dil özündə bir dil yaşadır” adlı tədbir keçirilib

Elm və Təhsil Nazirliyi “1nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin əsas binasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Hər dil özündə bir dil yaşadır” adlı tədbir baş tutub.

Tədbirin  keçirilməsində  məqsəd  milli-mənəvi sərvətimiz olan ana dilimizin qədimliyi, zənginliyi haqqında məlumat vermək, bu dildə yazıb yaradan yazıçıların, şairlərin dilə verdiyi diqqəti və qayğını gənc nəslə çatdırmaqdır. 

Yığıncaq Mərkəzin “Ayna” teatr kollektivinin hazırladığı  Səməd Vurğunun “Vaqif”  dramından bir hissə, ədiblərimizin dil haqqında yazdıqları əsərlərdən səhnəciklər, “Vokal” dərnəyi və “Xarı bülbül” rəqs kollektivi dərnək üzvlərinin  ifasında mahnı və rəqs nömrələri nümayiş olunub.  

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Həmidova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Beynəlxalq mükafatlar laureatı, teleradiojurnalist, şair Mübariz Süleymanlı, 1nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, dərnək üzvləri və valideynlər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: