Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.02.2024 18:45
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimləri Əli bəy Hüseynzadəyə həsr olunmuş sərginin açılışında iştirak ediblər

Əlyazmalar İnstitutunun alimləri Əli bəy Hüseynzadəyə həsr olunmuş sərginin açılışında iştirak ediblər

Fevralın 23-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri – tarix elmləri doktoru Tahirə Həsənzadə və böyük elmi işçi Aytən İmanova Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və təbabət alimi Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyi münasibətilə kitab sərgisinin açılışında iştirak ediblər.

Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən İmanova açılış mərasimində çıxış edib. O, çıxışında Əli bəy Hüseynzadənin siyasi fəaliyyətinə toxunub, onun İstanbul Tələbə Cəmiyyətinə Avropa ədəbiyyatını tanıtdığından bəhs edib.

Alimlər Milli Kitabxananın hazırladığı “Böyük maarifçi Əli bəy Hüseynzadə” adlı virtual sərginin təqdimatı və “Əli bəy Hüseynzadə – 160” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Tarix elmləri doktoru Tahirə Həsənzadə sərgilənən kitablar sırasında bir çox yeni nəşrlərin və mühüm tarixi mənbələrin çap versiyasının olmasını yüksək qiymətləndirib. Alim gələcək tədqiqatlarında bu informasiya-sənəd resursundan faydalanacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: